Türkiyədə 21 avtomobil toqquşub, 20 nəfər yaralanıb

Türkiyədə 21 avtomobil toqquşub, 20 nəfər yaralanıb
# 31 may 2021 10:25 (UTC +04:00)

Kocaelidə zəncirvarı yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbul istiqamətində hərəkətdə olan “TIR”a arxadan sərnişin avtobusu çırpılıb.

Ümumilikdə 21 avtomobil toqquşub, 20 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR