Türkiyədə Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusi təşəkkür etdilər - VİDEO

Yasin Yaprak, Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi

© APA | Yasin Yaprak, Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi

# 01 avqust 2021 10:44 (UTC +04:00)

“Bu gün Muğla meşələrində yanğın söndürmənin artıq 3-cü günündəyik və yanğını nəzarət altına aldıq”.

Bunu APA-nın hadisə yerinə ezam olunmuş müxbirinə Muğla Meşə Təsərrüfatı İdarəsinin rəisi Yasin Yaprak deyib.

Yasin Yaprak bildirib ki, ilkin məlumatlara əsasən meşədə 1500 hektar civarında yanğın olub:

“Ancaq detallı məlumatlar yanğından sonra olacaq. Çox şükür ki, itkilərimiz çox deyil.

3 kənd boşaldılıb. Bu kəndlərin hərəsində də 4-5 ev zərər görüb. Yanğının baş verdiyi ilk gün bir vətəndaşımız yanğınsöndürənlərə dəstək olarkən həyatını itirib. Allah rəhmət eləsin. İndi isə yanğın qismən nəzarət altındadır. Günün sonuna kimi tam nəzarət altına alacağımızı düşünürük”.

Yasin Yaprak Azərbaycandan gedən yanğınsöndürənlərə xüsusi təşəkkür etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR