Türkiyədə bir gündə koronavirusdan 217 nəfər vəfat edib

Türkiyədə bir gündə koronavirusdan 217 nəfər vəfat edib
# 01 noyabr 2021 21:22 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 356 643 nəfər test edilib, onların 28 678-nin koronavirus testi pozitiv nəticə verib, 29 296 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 486 234 peyvənd tətbiq edilib ki, bunun 89,31 faizi birinci, 78,55 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR