Türkiyədə bu gün koronavirusa yoluxanların sayı artıb, ölüm sayı azalıb

Türkiyədə bu gün koronavirusa yoluxanların sayı artıb, ölüm sayı azalıb
# 16 iyun 2021 21:27 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 71 nəfər olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 227 163 nəfər test edilib, onların 6221-nin koronavirus testi pozitiv nəticə verib. Qeyd edək ki, dünən bu rəqəm 5955 olub. Bu gün koronaviruslu ağır xəstələrin sayı 881 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 950 nəfər dünyasını dəyişib.

Türkiyədə indiyədək 5 348 249 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 215 654 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR