Türkiyədə bu gün koronavirusdan 108 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 108 nəfər ölüb
# 05 avqust 2021 21:18 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 108 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 245 152 nəfər test edilib, onların 24 297-nin koronavirus testi pozitiv nəticə verib, 6636 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 74 901 234 nəfərə peyvənd tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR