Türkiyədə bu gün koronavirusdan 188 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 188 nəfər ölüb
# 09 oktyabr 2021 00:38 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 188 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 360 115 nəfər test edilib, onların 30 201-nin koronavirus testi pozitiv nəticə verib, 28 167 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 112 037 763 peyvənd tətbiq edilib ki, bunun da 87,69 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR