Türkiyədə bu gün koronavirusdan 196 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 196 nəfər ölüb
# 10 oktyabr 2021 21:58 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 196 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 344 280 nəfər test edilib, onların 28 370-nin koronavirus testi pozitiv nəticə verib, 25 772 nəfər sağalıb.

Nazirliyin paylaşdığı statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 112 360 409 peyvənd tətbiq edilib ki, bunun da 87,80 faizi birinci, 74,50 faizi ikinci mərhələdə vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR