Türkiyədə bu gün koronavirusdan 236 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 236 nəfər ölüb
# 13 oktyabr 2021 22:41 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 236 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 164 nəfər test edilib, onların 31 248-nın koronavirus testi pozitiv nəticə verib, 30 331 nəfər sağalıb.

Nazirliyin paylaşdığı statistikaya əsasən, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 113 183 300 peyvənd tətbiq edilib ki, bunun da 88,09 faizi birinci, 75,36 faizi isə ikinci mərhələdə vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR