Türkiyədə bu gün koronavirusdan 237 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 237 nəfər ölüb
# 12 oktyabr 2021 23:05 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 237 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 636 nəfər test edilib, onların 33 860-nın koronavirus testi pozitiv nəticə verib, 30 110 nəfər sağalıb.

Nazirliyin paylaşdığı statistikaya görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 112 941 094 peyvənd tətbiq edilib ki, bunun da 88 faizi birinci, 75,10 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR