Türkiyədə bu gün koronavirusdan 244 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 244 nəfər ölüb
# 27 avqust 2021 21:41 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 244 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 295 647 nəfər test edilib, onların 18 340-nın koronavirus testi pozitiv nəticə verib, 14 528 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 92 391 003 peyvənd tətbiq edilib ki, bunun da 76,57 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR