Türkiyədə bu gün koronavirusdan 37 nəfər həyatını itirib

Türkiyədə bu gün koronavirusdan 37 nəfər həyatını itirib
# 10 iyul 2021 22:39 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 37 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 184 nəfər test edilib, onların 5530-nun koronavirus testi pozitiv nəticə verib, 5217 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil olmaqla 57 407 28 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR