Türkiyədə bu gün koronavirusdan 37 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 37 nəfər ölüb
# 06 iyul 2021 21:12 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 37 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 226 651 nəfər test edilib, onların 4446-nın koronavirus testi pozitiv nəticə verib, 4446 nəfər sağalıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində bildirib ki, COVID-19-a qarşı peyvənd tətbiqi tam müqavimət qazanılana qədər davam edəcək. Nazir covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 54 541 27 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR