Türkiyədə bu gün koronavirusdan 43 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 43 nəfər ölüb
# 14 iyul 2021 23:56 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 43 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 238 867 nəfər test edilib, onların 6907-nin koronavirus testi pozitiv nəticə verib, 563 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 60 471 752 nəfərə peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR