Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 69 nəfər ölüb
# 30 iyul 2021 22:22 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 69 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 256 460 nəfər test edilib, onların 22 83-nün koronavirus testi pozitiv nəticə verib, 5752 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 72 520 645 peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR