Türkiyədə bu gün koronavirusdan 76 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 76 nəfər ölüb
# 28 iyul 2021 23:23 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 76 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 254 474 nəfər test edilib, onların 22 291-nin koronavirus testi pozitiv nəticə verib, 4197 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 69 759 371 nəfərə peyvənd tətbiq edildiyi qeyd olunub.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasıda Türkiyədə koronavirusla mübarizə üçün məhdudiyyətlərin tətbiqinə ehtiyac olmadığını bildirsə də, infeksiya artımı davam edəcəyi təqdirdə qaydaların sərtləşdiriləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR