Türkiyədə bu gün koronavirusdan 94 nəfər həyatını itirib

Türkiyədə bu gün koronavirusdan 94 nəfər həyatını itirib
# 04 iyun 2021 21:40 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 94 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 681 nəfər test edilib, onların 6169-nun koronavirus testi pozitiv nəticə verib, 7167 nəfər sağalıb, 1183 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır. Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 47 976 nəfər ölüb.

Türkiyədə indiyədək 5 276 468 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 147 610 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR