Türkiyədə çökən binanın dağntıları altından 14 nəfər çıxarılıb - YENİLƏNİB -4 - VİDEO

Türkiyədə çökən binanın dağntıları altından 14 nəfər çıxarılıb - YENİLƏNİB -4  - VİDEO
# 09 noyabr 2021 19:47 (UTC +04:00)

Malatyada çökən binanın dağıntıları altından çıxarılan vətəndaşların sayı 14-ə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Malatyanın bələdiyyə başçısı Səlahəttin Gürkan bildirib.

O, xilas edilənlərin həyatlarına hər hansı təhlükənin olmadığını bildirib.

***

19:22

Türkiyənin Malatya şəhərində çökən binanın dağıntıları altından daha 2 nəfər yaralı çıxarılıb.

APA-nın xəbərinə görə, dağıntılar altından çıxarılanların sayı 13-ə çatıb.

Xilasetmə əməliyyatları davam etdirilir.

***

19:06

Türkiyənin Malatya şəhərində çökən binanın altından xilas edilən vətəndaşların sayı 11-ə çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, ərazidə xilasetmə əməliyyatları davam edir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik bəlli deyil.

***

19:04

Malatyada çökən binanın dağntıları altından çıxarılan yaralıların sayı 10-a çatıb. Daha 2 nəfərin isə xilas edilməsi üçün işlər aparılır.

APA-nın yerli bürosunun xəbərinə görə, Malatya vadisi Aydın Baruş açıqlamasında bildirib ki, binanın dağıntıları altında 20-dək insanın qaldığı ehtimal edilir: “Hadisəni araşdırırıq. İnşallah, sağlıqlı şəkildə vətəndaşlarımızı xilas edəcəyik”.

Ərazidə xilasetmə işləri davam etdirilir.

***

18:23

Türkiyənin Malatya şəhərində ikimərtəbəli bina çöküb, yaralılar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Malatyanın İnönü küçəsində kafe və dükan yerləşən köhnə tikintidə baş verib.

Dağıntılar altından 8 nəfər yaralı çıxarılıb. Hazırda dağıntılar altında əlavə qalan olub-olmadığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR