Türkiyədə daha 208 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 208 koronavirus xəstəsi vəfat edib
# 23 noyabr 2021 22:46 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 208 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 365 412 nəfər test edilib, onların 24 170-nin koronavirus testi pozitiv nəticə verib, 29 353 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 602 103 peyvənd tətbiq edilib ki, bunun 90,37 faizi birinci, 80,79 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR