Türkiyədə daha 215 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 215 nəfər koronavirusdan vəfat edib
# 26 oktyabr 2021 23:12 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 215 nəfər vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 356 636 nəfər test edilib, onların 29 643-nün koronavirus testi pozitiv nəticə verib, 31 467 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 115 674 594 peyvənd tətbiq edilib ki, bunun 89,02 faizi birinci, 77,85 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR