Türkiyədə daha 246 nəfər koronavirusdan vəfat edib

Türkiyədə daha 246 nəfər koronavirusdan vəfat edib
# 04 noyabr 2021 00:39 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) daha 246 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 363 238 nəfər test aparılıb. 29 764 nəfərin koronavirus testi pozitiv nəticə verib, 33 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 831 329 peyvənd tətbiq edilib ki, bunun 89,44 faizi birinci, 78,83 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR