Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 59 nəfər olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 223 385 nəfər test edilib, onların 5703-nün koronavirus testi pozitiv nəticə verib. Son bir gündə koronaviruslu ağır xəstələrin sayı 752 nəfər olub.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 417 nəfər dünyasını dəyişib.
Türkiyədə indiyədək 5 393 248 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 254 708 nəfəri müalicə olunaraq evə buraxılıb.