Türkiyədə daha 63 nəfər koronavirusdan həyatını itirib

Türkiyədə daha 63 nəfər koronavirusdan həyatını itirib
# 20 iyun 2021 21:54 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 63 nəfər olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 213 297 nəfər test edilib, onların 5091-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 813 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 185 nəfər dünyasını dəyişib.

Türkiyədə indiyədək 5 370 299 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 232 638 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR