Türkiyədə daha bir zəlzələ olub

Türkiyədə daha bir zəlzələ olub
# 04 avqust 2021 17:46 (UTC +04:00)

Türkiyənin Kayseri vilayətində 4,1 bal gücündə zəlzələ olub.

APA-nın yerli bürosunun məlumatına görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla 15:38-də qeydə alındığını bildirib.

Zəlzələnin episentri Kayserinin Kocasinan rayonunun Sarıyacık bölgəsi olub.

Qeyd edək ki, bu gün Egey dənizinin Datça sahilində də ard-arda 4,1 və 3,6 bal gücündə zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR