Türkiyədə gəmiqayırma anbarında yanğın baş verib  

Türkiyədə gəmiqayırma anbarında yanğın baş verib  
# 27 iyul 2021 15:19 (UTC +04:00)

Türkiyənin Qaziantep şəhərində gəmiqayırma anbarında yanğın olub.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın zamanı partlayış baş verib, qatı tüstü ətraf ərazini bürüyüb, ərazidəki bəzi evlər təhlükəsizlik məqsədilə boşaldılıb.

Yanğınsöndürənlərin cəhdlərinə baxmayaraq yanğın hələ davam edir.

Hadisə ilə əlaqədar ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR