Türkiyədə koronavirusdan daha 196 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 196 nəfər vəfat edib
# 10 noyabr 2021 01:19 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 196 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 359 560 nəfər test edilib, onların 28 662-nin koronavirus testi pozitiv nəticə verib, 28 859 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 117 723 821 peyvənd tətbiq edilib ki, bunun 89,73 faizi birinci, 79,49 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR