Türkiyədə koronavirusdan daha 215 nəfər vəfat edib

Türkiyədə koronavirusdan daha 215 nəfər vəfat edib
# 15 noyabr 2021 22:41 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 215 nəfər dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 350 933 nəfər test edilib, onların 23 852-nin koronavirus testi pozitiv nəticə verib, 25 258 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 559 680 peyvənd tətbiq edilib ki, bunun 90,01 faizi birinci, 70,80 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR