Türkiyədə leysan nəticəsində evləri su basıb, qaya parçaları yolları bağlayıb

Türkiyədə leysan nəticəsində evləri su basıb, qaya parçaları yolları bağlayıb
# 05 dekabr 2021 13:11 (UTC +04:00)

Türkiyədə Muğla bölgəsinə aid Bodrum və Marmarisdə leysan yağışlar nəticəsində bəzi məhəllələri su basıb.

APA Anadolu agentliyinə istinadla bildirir ki, leysan nəticəsində Mazı Məhəlləsində dərə daşıb və qaya parçaları yollara aşaraq, hərəkəti dayandırıb. Bölgədəki əkin əraziləri də su altında qalıb.

Səlahiyyətli şəxslər evlərin leysan sularından təmizləməyə, yolları açmağa başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR