Türkiyədə miqrantları daşıyan qayıq batıb

Türkiyədə içində 45 nəfər olan qayıq batıb

© APA | Türkiyədə içində 45 nəfər olan qayıq batıb

# 23 iyul 2021 14:37 (UTC +04:00)

Türkiyədə Antalyanın Aralıq dənizindəki Kaş sahilində içində 45 nəfər olan qayıq batıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Müdafiə Nazirliyi hadisə yerinə iki hərbi gəmi göndərib. Gəmilərdəki heyətlərin axtarış və xilasetmə tədbirləri davam edir.

İçində qanunsuz miqrantların olduğu ehtimal edilən qayığın dünən axşam saatlarından batdığı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR