Türkiyədə sel qurbanlarının sayı 78 nəfərə çatıb

Türkiyədə sel qurbanlarının sayı 78 nəfərə çatıb
# 18 avqust 2021 00:26 (UTC +04:00)

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 78 nəfərə çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Sel fəlakəti nəticəsində Kastamonuda 62, Sinopda 15, Bartında 1 nəfər həyatını itirib.

AFAD-dan bundan əvvəl 77 nəfərin təbii fəlakət qurbanı olduğu bildirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR