Türkiyədə son sutkada koronavirusdan 126 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 126 nəfər ölüb
# 04 avqust 2021 02:02 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 126 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində bunu bildirib.

COVID-19 infeksiyası ilə əlaqədar son 24 saatda 256 163 nəfərin test edildiyini bildirən nazir 24 832 nəfərdə bu infeksiyanın aşkar olunduğunu, 6243 nəfərin isə sağaldığını qeyd edib.

Nazir çağırış edərək COVID-19 əleyhinə peyvənd olunmanın vacibliyini vuğulayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 74 067 511 nəfərə peyvənd tətbiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR