Türkiyədə son sutkada koronavirusdan 46 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 46 nəfər ölüb
# 21 iyul 2021 01:45 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 46 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 198 537 nəfər test edilib, onların 8780-nin koronavirus testi pozitiv nəticə verib, 4561 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 63 831 123 nəfərə peyvənd tətbiq edildiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR