Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 74 nəfər ölüb
# 14 iyun 2021 21:22 (UTC +04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 74 nəfər həyatını itirib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əs  asən, COVID-19 infeksiyası ilə əlaqədar 219 290 nəfər test edilib, onlardan 5626-nın koronavirus testi pozitiv nəticə verib, 4585 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 929 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 48 795 nəfər ölüb.

Türkiyədə indiyədək 5 336 073 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 206 836 nəfəri müalicə olunaraq evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR