Türkiyədə yanğından zərər çəkən 864 xəstədən 837-si evə buraxılıb

Fəxrəddin Qoca, Türkiyənin səhiyyə naziri

© APA | Fəxrəddin Qoca, Türkiyənin səhiyyə naziri

# 01 avqust 2021 19:11 (UTC +04:00)

Türkiyədəki yanğınlardan indiyədək 864 nəfər zərər çəkərək xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün twıtter səhifəsində yazıb.

Nazir bildirib ki, hazırda onların 27-si xəstəxana şəraitində müalicə olunur:

“Marmaris və Bodrumdakı 203 nəfər yanğının təsirinə məruz qalıb, 186-sı müalicə olunaraq evə buraxılıb. Mersindəki yangının təsirindən 154 nəfər xəstəxanaya yerləşdirilib və hazırda müalicələri bitib, evə buraxılıb. Manavgatdakı yanğından isə 507 nəfər zərər görüb, 497-si müalicə olunaraq xəstəxanadan buraxılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR