Türkiyədə yük qatarının mikroavtobusa çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB

Türkiyədə yük qatarı mikroavtobusa çırpılıb

© APA | Türkiyədə yük qatarı mikroavtobusa çırpılıb

# 04 sentyabr 2021 12:57 (UTC +04:00)

Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda baş verən qəzada ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarının keçiddə mikroavtobusa çırpılması nəticəsində dünyasını dəyişənlərin sayı 6-ya çatdı

Qəza nəticəsində 7 nəfərin yaralandığı bildirilir.

***

11:24

Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda faciəli qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarı keçiddə mikroavtobusa çırpılıb.

Qatarın qarşısında bir müddət sürüklənən mikroavtobusda 4 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR