Türkiyəli alim qadın evində ölü tapılıb

 Dilək Dündar Ərbahar

© APA |  Dilək Dündar Ərbahar

# 01 noyabr 2021 22:14 (UTC +04:00)

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Mərmərə Araşdırma Mərkəzinin tədqiqatçısı, dosent Dilək Dündar Ərbahar evində ölü tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, polis intihar versiyası üzərində dayansa da, qətl versiyası da nəzərdən keçirilir.

Həyat yoldaşı ilə problemlər yaşayan və boşanma ərəfəsində olan gənc qadının ölümündən sonra polis onun başı üzərində stəkanda insektisid və “səni çox, çox, çox… sevirəm” yazılmış kağız aşkar edib.

Qeyd edək ki, zəhərli qazlara qarşı yüksək ayırdetmə həssaslığına malik, kütləvi istehsala yaralı və qənaətcil sensorlar sahəsində tədqiqat aparan Dündar Ərbahar "L'Oréal-UNESCO Elm Qadınları üçün” beynəlxalq mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR