​​​​​​​Türkiyəli ekspert: “ABŞ-ın PKK-nın törəmə təşkilatlarını dəstəkləməsi İŞİD-in 22 ölkəyə yayılmasına rəvac verib”

Abdullah Ağar

© APA | Abdullah Ağar

# 29 may 2021 19:12 (UTC +04:00)

“ABŞ-ın PKK-nın törəmələri YPG/PYD/DSG və FETÖ terrorçularını dəstəkləməsi İŞİD terror təşkilatının 22 ölkədə qol-qanad açmasına rəvac verib”.

Bunu APA-nın yerli bürosuna türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ABŞ dövlət katibinin müavini Vendi Şermanın ölkəsinin YPG/DSG terror təşkilatı ilə əməkdaşlığının səbəbini İŞİD-ə qarşı mübarizə ilə əlaqələndirməsini şərh edərkən deyib.

O bildirib ki, terrorçuları terrorçularla təmizləmək mümkün deyil: “V. Şerman terrorçularla münasibətin yeganə məqsədinin İŞİD-i məğlub etmək olduğunu söyləyir. Bu, mümkündür? Bu yanlış strategiya İŞİD-i böyütməyə, islam dünyasını və ABŞ cəmiyyətini radikallaşdırmağa xidmət edir. Səmimi olsalar, anlayacaqlar ki, bu, təhlükəli yanaşmadır. Bütün bunlar bumeranq effekti verə bilər. Fərqində deyillər ki, ABŞ-ın terrorçulardan istifadə etməsindən daha çox, terror təşkilatları ABŞ-dan istifadə edir”.

V. Şermanın “S-400 məsələsi və sanksiyaların aradan qaldırılması üçün Türkiyəyə alternativ variantlar təqdim etmişik, qərar Türkiyənindir” fikrinə cavab olaraq isə A. Ağar bildirib ki, Türkiyə S-400-ləri şıltaqlıqdan deyil, hərbi ehtiyacdan satın alıb: “Niyə ABŞ Türkiyə kimi təhlükəsizliyi üçün cəhd edən çoxmilyonlu bir ölkədən üz döndərir, qlobal gücünün əhəmiyyətli bir müttəfiqini itirir? Hər iki yanaşma çox səhv və uydurmadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR