Türkiyəli nazir: “Kemerköy İstilik Elektrik Stansiyası ən qısa zamanda fəaliyyətə başlayacaq”

Kemerköy İES

© APA | Kemerköy İES

# 05 avqust 2021 16:34 (UTC +04:00)

“Kemerköy İstilik Elektrik Stansiyasında (İES) yanğın təhlükəsi sovuşub, ərazi nəzarətə alınıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyənin Milas rayonundakı Kemerköy İES ərazisində dünən baş verən yanğınla bağlı mətbuata açıqlamasında bu fikirləri bildirib.

Nazir deyib ki, dünən ərazidə yanğının söndürülməsindən sonra küləyin təsirindən yenidən alovlanma olub, sabaha qədər yanğın söndürülüb: “Yanğının stansiyanın mərkəzinə yayılması, kömür anbarlarına keçməsi, partlaması, ətraf mühitə və insanların, digər canlıların səhhətinə zərər verməsilə bağlı dezinformasiyalar yayıldı. Narahatlığa əsas yoxdur. Ətraf mühit və şəhərsalma nazirimiz Murat Kurum, daxili işlər nazirimiz Süleyman Soylu da burada idi. Ərazi nəzarətimizdə oldu. Təhlükəli bir vəziyyət yoxdur”.

F.Dönməz bildirib ki, İES-in ən qısa zamanda fəaliyyətə başlaması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR