Türkiyənin Kemerköy İstilik Elektrik Stansiyasının ərazisindəki yanğın sönüb  

Türkiyənin Kemerköy İstilik Elektrik Stansiyasının ərazisindəki yanğın sönüb  

© APA | Kemerköy İstilik Elektrik Stansiyası

# 05 avqust 2021 10:12 (UTC +04:00)

Türkiyənin Milas rayonundakı Kemerköy İstilik Elektrik Stansiyası (İES) ərazisində 11 saatdan çox davam edən yanğın səhər saatlarında səngiyib və sönüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin NTV televiziyasından bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, yanğının ərazidə ölüm, yaralanma təhlükəsi və daha çox itki verilməməsi məqsədilə Türkiyə Prezidentinin təlimatı əsasında öncədən müvafiq tədbirlər görülüb və 3 nazirin nəzarətilə təhlükəsizlik tədbirləri davam etməkdədir.
.
Qeyd edək ki, İES-də təhlükənin qarşısının alınması üçün öncədən hidrogen tankerləri və kömür anbarları boşaldılıb, ərazidəki yaşayış yerlərindən 8 məhəllə təxliyə edilib.

Yanğının tamamilə söndürülməsi üçün havadan müdaxilə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR