Türkiyənin Marmaris rayonunda yanğın baş verib 

Türkiyənin Marmaris rayonunda yanğın baş verib 
# 29 iyul 2021 15:52 (UTC +04:00)

Türkiyənin daha bir turizm bölgəsində - Muğla vilayətinin Marmaris rayonunda meşə yanğını baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın Marmarisin "İçmeler" turizm bölgəsi və yaşayış yerlərinə yaxınlaşıb.

Türkiyənin meşə və kənd təsərrüfatı naziri Bekir Pakdemirli Marmairsdəki meşə yanğınına bir təyyarə, 5 helikopter və 30 su tankeri olan avtomobil ayrıldığını bildirib.

Rusiyanın Türkiyədəki Səfriliyi isə “Twitter” səhifəsində yanğınlara Rusiyanın 3 “Be-200” yanğınsöndürmə təyyarəsinin dəstək göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Antalya, Adana, Kayseri, Osmaniye, Mersin vilayətlərində də yanğınlar davam edir. Antalyanın Manavqat rayonundakı yanğında 3 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR