Türkiyənin SİPER – havadan müdafiə sisteminin uçuş testləri keçirilib

Türkiyənin SİPER – havadan müdafiə sisteminin uçuş testləri keçirilib
# 06 noyabr 2021 15:40 (UTC +04:00)

“Uzun mənzilli və çox qatlı milli hava hücumundan müdafiə sistemimiz olan SİPER-in inkişafında daha bir mərhələni uğurla başa vurduq".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir “Twitter” səhifəsində paylaşıb.

Yerli istehsal olan S-400 modelli SİPER havadan müdafiə sisteminin görüntülərini ilk dəfə paylaşan İ. Demir 2023-cü ilin inventarına daxil edilməsi planlaşdırdılan SİPER-lə Türkiyənin səmasını ən çətin təhdidlərdən və təhlükələrdən qoruyacaq.

“Hava hücumundan müdafiə sistemlərimiz daha yüksək səviyyələrə çatdırırıq. SİPER-lə hədəflərimizə çatmaq üçün daha bir testi gerçəkləşdirdik. Ölkəmizdə 5-6 növ hava hücumundan müdafiə sistemi fəaliyyət göstərməsinə nail olacağıq”, - deyə İ. Demir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR