Türkiyənin xarici işlər naziri britaniyalı həmkarı ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri britaniyalı həmkarı ilə telefonla danışıb
# 19 iyul 2021 16:50 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Böyük Britaniyanın xarici işlər naziri Dominik Raabla telefonla danışıb.

APA-nın yerli bürosunun Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, nazirlər iki ölkə arasındakı əlaqələrlə bağlı müzakirələr aparıblar.

Türkiyə XİN-in məlumatında yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar İngiltərənin Türkiyəyə tətbiq etdiyi səyahət məhdudiyyəti və Kipr mövzusu ilə əlaqədar da nazirlərin fikir mübadiləsi etdikləri bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR