Türkiyənin xəzinə və maliyyə naziri vəzifəsinə yeni  təyinat olub

Nurəddin Nebati

© APA | Nurəddin Nebati

# 02 dekabr 2021 02:21 (UTC +04:00)

Türkiynin Xəzinə və Maliyyə naziri vəzifəsində dəyişiklik edilib.

APA-nın Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı Türkiyənin “Resmi gazete”sində dərc olunub.

Qeyd olunub ki, Türkiyə Prezidentinin qərarı ilə xəzinə və maliyyə naziri Lütfi Elvanın tutduğu vəzifədən azad edilməsinə dair ərizəsi qəbul edilib və bu vəzifəyə nazir müavini Nurəddin Nebati təyin edilib.

Qeyd edək ki, Nurəddin Nebati hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iki çağırış millət vəkili olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR