Ukrayna Ali Radası spiker Dmitri Razumkovu vəzifəsindən azad edib

Dmitri Razumkov

© APA | Dmitri Razumkov

# 07 oktyabr 2021 13:08 (UTC +04:00)

Ukrayna Ali Radası spiker Dmitri Razumkovu vəzifəsindən azad edib.

APA-nın UNIAN-a istinadən verdiyi xəbərə görə, onun spiker vəzifəsindən uzaqlaşdırılmasının lehinə 284 deputat səs verib.

“Xalqın xidmətçisi” fraksiyasından 215 deputat, "İnam" qrupundan 18 deputat, "Gələcək Naminə" qrupundan 19 deputat, "Batkivşina" fraksiyasından 20 deputat, "Səs" qrupundan 6 deputat və 6 müstəqil deputat bu qərarın lehinə səs verib.

Səsvermədən sonra D. Razumkov iclas zalını tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR