Ukrayna parlamenti Arsen Avakovun istefasını qəbul edib

Arsen Avakov

© APA | Arsen Avakov

# 15 iyul 2021 11:30 (UTC +04:00)

Ukrayna Ali Radası daxili işlər naziri Arsen Avakovun istefasını qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün parlamentin plenar iclasında deputatların böyük çoxluğu daxili işlər nazirinin istefasını dəstəkləyib.

Qeyd edək ki, 2014-cü ildən Ukraynanın daxili işlər naziri olan A. Avakov iki gün əvvəl istefa ərizəsi yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR