Ukrayna və ABŞ prezidentləri Donbasdakı vəziyyəti müzakirə edib

Co Bayden, Vladimir Zelenski

© APA | Co Bayden, Vladimir Zelenski

# 02 noyabr 2021 15:03 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə V. Zelenski "Twitter"də bildirib.

Görüş Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində baş tutub.

Danışıqlar zamanı Donbasdakı təhlükəsizlik vəziyyəti müzakirə olunub.

“ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkədəki islahatları dəstəkləməyə davam edir”, - Ukrayna Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR