Ukrayna XİN: Baydenlə Zelenskinin görüşü iyulun sonuna planlaşdırılır

ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski

© APA | ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenski

# 12 iyun 2021 04:18 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ-a rəsmi səfəri və prezident Co Baydenlə görüşü iyulun sonlarına planlaşdırılıb.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Ukrayna-24” telekanalına açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Zelinskinin ABŞ-a səfəri zamanı Baydenlə, eləcə də bir sıra sigər vacib görüşlər planlaşdırılır.

Xarici İşlər Naziri əlavə edib ki, hazırda səfər hazırlıqlarına başlanılıb: “Özüm də daxil olmaqla böyük bir heyətlə səfər edəcəyik. Ən əsası artıq əsas razılaşmalar üzərində işləyirik”.

Xatırladaq ki, iyunun 7-də Ukrayna Prezidenti ABŞ lideri ilə telefon danışığı zamanı Baydendən Ağ Evə dəvət almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR