Ukraynada hava şarı qəzaya uğrayıb, sərnişinlər arasında ölən və yaralananlar var

Ukraynada hava şarı qəzaya uğrayıb, sərnişinlər arasında ölən və yaralananlar var
# 23 may 2021 15:29 (UTC +04:00)

Ukraynanın qərbində sərnişinləri olan bir hava şarı qəzaya uğrayıb.

APA bildirir ki, bu barədə bu gün Ukrayna milli polisinin regional idarəsi Facebook səhifəsində məlumat verib. Qəza dünən axşam Xmelnytski bölgəsindəki Kamenets-Podolski şəhəri yaxınlığında baş verib.

Hava şarında bir pilot və beş sərnişin - Xmelnitsky və Kamenets-Podolsky şəhərlərinin sakinləri olub.

Nəticədə bir nəfər ölüb, pilot da daxil olmaqla daha beş nəfər yaralanıb.

Hadisə ilə əlaqədar olaraq hava uçuşları qaydalarının pozulması maddəsi ilə istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR