Ukraynanın şimalında yerləşən Çerniqov vilayətində yük maşını mikroavtobusla toqquşub, ölənlər var.
APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Brusilov kəndi yaxınlığında N-27 Çerniqov-Qremyaç yolunda yük maşını mikroavtobusla toqquşub.
Qəza nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.