Ukraynalı deputatın Kiyevdə meyiti tapılıb

Ukrayna Ali Radası

© APA | Ukrayna Ali Radası

# 08 oktyabr 2021 09:56 (UTC +04:00)

Ukrayna Ali Radasının deputatı Anton Polyakov Kiyevdə ölü tapılıb.

APA-nın Ria Novosti-yə istinadən xəbərinə görə, ilkin məlumata əsasən, deputat taksidə gedərkən özünü pis hiss edib. Ukrayna milli polisinin Kiyevdəki idarəsindən verilən məlumata görə, bu gün Kiyev polisinə Ukraynanın xalq deputatı Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapılması barədə məlumat daxil olub.

Hadisə yerində hüquq-mühafizə orqanları zəruri istintaq hərəkətlərini yerinə yetirir. Ölümün dəqiq səbəbi məhkəmə-tibb ekspertizasından sonra bilinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR