Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib

Arsen Avakov

© APA | Arsen Avakov

# 13 iyul 2021 19:09 (UTC +04:00)

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa ərizəsi yazıb.

APA-nın xəbərinə görə, bu barədə “Vesti.ua” portalı “Xalqın xidmətçisi” fraksiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Ukrayna parlamenti iyulun 15-də keçiriləcək iclasda daxili işlər nazirinin istefa ərizəsinə baxacaq.

Ukrayna Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, erməni əsilli Arsen Avakov 2014-cü ildən Ukraynanın daxili işlər naziridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR